AZ

6 ayliq uşağın qidalanma rejimi və inkişafı

6 ayliq uşağın qidalanma rejimi və inkişafı

Körpənin bu dövrdə gündə 2-3 dəfə əlavə qida, digər vaxtlarda isə ana südü ilə qidalanması normal sayılır. Əlavə qidaların qəbulu müəyyən vaxtlarda edilməlidir ki, qidalanma rejimi formalaşsın.

6 ayliq usagin cekisi ve boyu

6 aylıq bir körpənin orta çəkisi və boyu cinsiyyətə görə belə ola bilər:

Cinsiyyət Ortalama çəki Ortalama boy
Oğlan 7.5 – 8.5 kq 65 – 69 sm
Qız 6.8 – 8.0 kq 63 – 68 sm

Əgər körpə bu göstəricilərdən geri qalırsa, qidalanma miqdarı və keyfiyyəti gözdən keçirilməlidir.

Ana üçün praktik tövsiyələr

  • Birinci qidalar tək komponentli olsun (məsələn, təkcə alma püresi).

  • Qidanı qaynar və ya çox soyuq verməyin – otaq temperaturunda təqdim edin.

  • Heinz, Hipp, Bebivita kimi markaların etiketsiz, şəkərsiz və əlavəsiz pürelərini seçin.

  • Qidanı qaşıqla və oturaq vəziyyətdə verin ki, körpə yeməyə alışsın

WhatsApp